Mario Balotelli İngiltərədə futbol oynamaq istəməyib. FutbolPlanet.Az xəbər verir ki, 30 yaşlı hücumçunun “Barnsli” klubundan təklif aldığı bildirilib. Balotelli Çempionşipdə oynamaq istəmədiyi üçün “Barnsli”nin təklifini rədd edib. Tərəflər arasında ilkin danışıqlar normal davam etsə də, yekunda Mario fikrindən daşınıb. Klubsuz qalan futbolçu hazırda İtaliyanın D Seriyası təmsilçisi “Françakorta”da məşq edir.