AFFA-nın iştirakçısı olduğu “SportEnt” – idmançılara ikili karyera imkanı yaradılmasını nəzərdə tutan layihəyə Avropa Birliyinin “Erasmus+” proqramı çərçivəsində qrant ayrılıb. FutbolPlanet.Az xəbər verir ki, layihənin ilk mərhələsi bu yaxınlarda tamamlanıb. İlk mərhələ çərçivəsində iştirakçı ölkələrdən olan peşəkar və yarı-peşəkar futbolçular arasında sorğu keçirilib, sorğunun nəticələri əsasında layihənin növbəti mərhələləri müəyyən olunub.

Qısa xülasə

Avropanın 6 milli futbol assosiasiyasından olan təxminən 400 gənc futbolçu arasında aparılan beynəlxalq sorğu zamanı oyunçulara ikinci karyeralarına münasibətləri ilə bağlı suallar verilib.Hədəf qrup peşəkar və yarı-peşəkar komandalarda və futbol liqalarında hazırda çıxış edən 18-30 yaşlı futbolçulardan ibarət olub.Sorğu 2020-ci ilin iyul ayında 395 futbolçu arasında aparılıb. Peşəkar və yarı-peşəkar futbolçular üçün nəzərdə tutulmuş onlayn kəmiyyət sorğusu hazırlanıb və müxtəlif ölkələrdən olan futbolçular arasında keçirilib.Sorğunun 328 iştirakçısı sualları tam cavablandırıb və həmin cavablar hazırkı hesabatda təhlil edilir. Respondentlər əsasən:Sloveniya (37%; 122 nəfər), Şimali Makedoniya (32%; 106 nəfər) və Azərbaycan (18%; 60 nəfər) sakinləri olmuş,kişi cinsindən (83%; 273 nəfər) olmuş,16-30 yaşlı (89%; 293 nəfər) olmuş,əksəriyyəti (58%; 135 nəfər) tam-ştat işçi olmaqla, futbol oynadıqlarına görə klubları tərəfindən ödənişlə təmin olunmuşdur (73%; 240 nəfər).Sorğu məhz hazırda çıxış edən gənc futbolçuların futbolu bitirəndən sonrakı karyeraları barədə fikirlərini əldə etmək üçün hazırlanıb.Sorğunun nəticələri göstərir ki, futbolçular sahibkar (istər mütəxəssis, istər ictimai və təhsil proqramlarını təşkil edən və ya qeyri-kommersiya təşkilatlarını idarə edən sahibkar, istər startaplara sərmayə yatıran sahibkar, istərsə də innovativ məhsul, xidmət və texnologiyalar yaradan sahibkar) olmaqda maraqlıdırlar. Oyunçular sahibkarlıq fəaliyyətləri zamanı intizam, komanda işi, səbirlilik, hörmət və dayanıqlılıq kimi müxtəlif bacarıqlarından faydalana bilərlər.Sorğunun nəticələri nəzərə alınmaqla tövsiyə olunur ki, futbolçulara sahibkarlıq sahəsində təlim keçilsin. Burada məqsəd onların futbol karyerasından sonra alternativ peşə imkanı ilə təmin olunması və ya futbolçu olduqları müddətdə idman sahəsinə biznes nöqteyi-nəzərindən yanaşmaq qabiliyyətinin formalaşdırılmasıdır. Onlar futboldan sonrakı karyeraları ilə bağlı mentorluq dəstəyinin göstərilməsini yüksək qiymətləndirir və sahibkarlıq mövzusundakı təlimlərə vaxt ayırmağa həvəslidirlər. Sahibkar olmaq iqtisadi baxımdan gəlir əldə etmək imkanı ilə yanaşı, peşəkar inkişaf imkanı da yaradır ki, bu da oyunçuları bu cür təlim kurslarında iştiraka sövq edən əsas amildir.Bu hesabatın əsas bölmələri aşağıdakılardan ibarətdir: layihə barədə ümumi məlumat və onun məqsədləri,layihə üçün istifadə edilən metodologiya, sorğunun nəticələri, həmin nəticələrin təhlili, çıxarılan nəticələr və tövsiyələr.