Ukraynanın “Aleksandriya” klubunda çıxış edən millimizin üzvü Pavel Paşayev futbola gəlişindən danışıb. FutbolPlanet.Az xəbər verir ki, müdafiəçimiz klubun “Oyundan kənar” adlı layihəsində bunları deyib: “Hər şeydən əvvəl biz azarkeşlər üçün oynayırıq. Bir futbolçu olaraq azarkeşlərin məni xoş tanıması çox vacibdir. Uşaqlıqda futbolla yanaşı, cüdo ilə də məşğul olmuşam. Qaldığımız ərazinin yanında idman zalı var idi. Bütün gün uşaqlarla Jan-Klod Van Dammın filmlərinə baxır, döyüş sənətlərini öyrənmək istəyirdik. Elə oldu ki, mən də getdim cüdoya yazıldım. Bu idmanda xüsusi uğurum yoxdu. Sadəcə, evdə oturmamaq üçün cüdoya gedirdim və paralel olaraq da futbolla məşğul olurdum”.