Klublararası dünya çempionatı dekabrda keçirilməyəcək. FutbolPlanet.Az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Koronavirus pandemiyası ilə əlaqədar bəzi konfederasiyalar Çempionlar Liqası matçlarını dekabradək bitirə bilməcəyəklər. Ona görə də FİFA turniri gələn ilin fevral ayına təxirə salıb. Turnirin fervalın 1-11-i aralığında təşkili planlaşdırılır.