“Milan” futbolçusu Zlatan İbrahimoviçlə müqaviləsini yeniləmək niyyətindədir. FutbolPlanet.Az xəbər verir ki, İtaliya klubu 39 yaşlı hücumçunun sözləşməsini daha 1 il - 2022-ci ilin yayınadək uzatmağı planlaşdırır. İbrahimoviç isə komandanın Çempionlar Liqasına düşə biləcəyindən əmindir. Buna görə də o, klubda qalmağa hazırdır. İsveçli oyunçunun hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq.