Lüksemburq yığmasının futbolçusu Lars Gerson UEFA Millətlər Liqasının 6-cı turunda Azərbaycanla keçirəcəkləri oyun barədə danışıb. FutbolPlanet.Az xəbər verir ki, 30 yaşlı müdafiəçi yığmamızın son 2 matçda qol buraxmadığını vurğulayıb: "Tamamilə öz oyunumuza köklənmişik. Şansımızı saxlamaq üçün bizə 3 xal lazımdır. Azərbaycan millisi son oyunlarda fərqli çıxış edir. Bir faktı deyim ki, komanda 2 topdan artıq buraxmır. Bizə çətin olacaq. Təəssüf ki, heyətimiz rəqibdəki kimi geniş deyil. İdeyamızı dəyişməli olacağıq. Oyuna nəzarət edən tərəf biz olmalıyıq".