“Qalatasaray”ın 3 futbolçusu koronavirusa yoluxub. FutbolPlanet.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sözügedən oyunçuların adları açıqlanmayıb. Lakin onların artıq karantinə alındığı bildirilib.

Bunadək İstanbul təmsilçisinin 2 futbolçusunda da COVİD-19 aşkarlanmışdı. COVİD-19a yoluxanlar arasında Arda Turan da var. Bu haqda futbolçu özü sosial şəbəkə hesabında bildirib.