"Qalatasaray”ın futbolçusu Ryan Babel də koronavirusa yoluxub. FutbolPlanet.Az xəbər verir ki, əvvəlki üç testi neqativ nəticələnən niderlandlı futbolçunun 4-cü test nəticəsi pozitiv olub. Millinin düşərgəsində olan futbolçu özünü yaxşı hiss etmədiyini bildirdikdən sonra komandadan uzaqlaşdırılıb və daha sonra onda koronavirus aşkarlanıb.