Argentina millisinin və "Barselona"nın sabiq futbolçusu Xavyer Maskerano karyerasını başa vurub. FutbolPlanet.Az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bunu son olaraq çıxış etdiyi  "Estudiantes" klubunun rəsmi saytına açıqlamasında deyib. O, karyerası ilə bağlı düzgün qərar verdiyini bildirib: “Aylarla başıma gələnlərdən sonra karyeramı bitirmə vaxtı gəldi. Ən yaxşısı indi bitirməkdir. Mənə Argentinaya qayıtmaq imkanı verən kluba təşəkkür etmək istəyirəm”.

Qeyd edək ki, Argentina yığmasında 140-dan çox oyun keçirmiş Maskerano "Barselona", "Liverpul", "Vest Hem", "River Pleyt" kimi klublarda da çıxış edib.