Millimizin 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki səbəti bəlli olub. FutbolPlanet.Az xəbər verir ki, yığmamız dekabrın 7-də keçiriləcək püşk zamanı 5-ci səbətdə yer alacaq. Ötən ay açıqlanan FİFA reytinqində 1175 xalla 114-cü olan yığmamız Avropada 45-ci idi. Bu ay üç oyuna çıxan millimiz Sloveniya və Monteneqro ilə heç-heçələr sayəsində aktivinə 4,5 xal yazıb. Bundan sonrakı nəticələrdən asılı olmayaraq, seçməmizin 4-cü səbətə qalxması və ya daha aşağı reytinqli yığmalarla birlikdə 6-cı səbətdə yer alması mümkün deyil.