"Liverpul" daha iki bəd xəbər alıb. FutbolPlanet.Az xəbər verir ki, kapitan Cordan Henderson və müdafiəçi Endyru Robertson zədələnib. Henderson Millətlər Liqasının 5ci turunda İngiltərə millisinin heyətində Belçikaya qarşı oyunda (0:2) ayağından xəsarət alıb. Şotlandiya yığmasına dəvət alan Robertson da millinin düşərgəsində sıradan çıxıb. Hər iki futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

“Liverpul” son dövrlərdə artıq dördüncü müdafiəçisini itirir. “Everton”la oyunda zədələnən Vircil van Deyk mövsümü erkən başa vurub. “Mançester Siti” ilə görüşdə komandanın digər müdafiəçisi Trent Aleksander-Arnold sıradan çıxıb. 23 yaşlı mərkəz müdafiəçisi Co Qomes də İngiltərə yığmasının heyətində ciddi zədə alıb. Bundan başqa, Misir yığmasına yollanan Məhəmməd Salahın da koronavirus testi müsbət nəticə verib.