UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda Lüksemburqun qonağı olacaq Azərbaycan millisi sözügedən ölkəyə gedib. FutbolPlanet.Az xəbər verir ki, yığmanı hava limanında bir qrup azarkeş qarşılayıb. Onlar komandaya uğurlar arzulayıblar.

Sabah keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.