“Fənərbağça” ciddi itki ilə üzləşib. FutbolPlanet.Az xəbər verir ki, 2018-ci ildən İstanbul təmsilçisinin qapıçısı olan Harun Tekin “Fatih Karagümrük”lə yoxlama matçında zədələnib. Almacıq sümüyü sınan 31 yaşlı qolkiper dərhal xəstəxanaya yerləşdirilib. O, tezliklə əməliyyat olunacaq.