UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan “Zirə” yoxlama oyununda qüvvəsini sınayıb. FutbolPlanet.Az xəbər verir ki, Rəşad Sadıqovun komandası Azərbaycanın U-19 millisi ilə qarşılaşıb. Oyun “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran qolu 82-ci dəqiqədə Tamerlan Burcəliyev vurub.