“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərindən olan “Legiya” baş məşqçisi Aleksandar Vukoviçlə yolları ayırıb. FutbolPlanet.Az xəbər verir ki, Varşava klubunun rəhbərliyi həm ölkə çempionatındakı, həm də avrokuboklardakı uğursuz çıxışından sonra bu qərarı verib. Polşa təmsilçisi yeni baş məşqçi vəzifəsinə Çeslav Mixneviçi təyin edib. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Legiya” 3-cü təsnifat mərhələsində “Drita”nı (Kosovo) keçəcəyi təqdirdə, növbəti mərhələdə Ağdam təmsilçisi ilə qarşılaşacaq.