Norveç “Molde”sinin baş direktoru Ole Erik Stavrum Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qalib gələrək (əsas və əlavə vaxt – 0:0, penaltilər seriyası – 6:5) pley-offa yüksəldikləri oyun barədə “Rbnett.no” nəşrinə danışıb. FutbolPlanetAz xəbər verir ki, o, bunları deyib: “Düşünürəm ki, matç ərzində 3-4 dəfə futbola niftət etdiyimi söylədim. Penaltilər seriyasına gələndə qorxunc şübhələrim var idi. Həmin vaxt futbol gözümdə elə də böyük deyildi. Biz sanki qaranlıqda oturaraq özümüzə qapanmışdıq. Ancaq yekunda bizdə yaxşı atmosfer var idi. Matçın sonlarındakı kimi əhval-ruhiyyə və sevinc hisslərini yaşayacağımızı heç vaxt düşünməmişdim”.