"Barselona"dan ayrılan Arturo Vidalın “İnter”ə keçidi rəsmiləşib. FutbolPlanet.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ötən gecə İtaliyaya yollanaraq tibbi müayinədən keçib və 2+1 illik müqaviləyə qol çəkib. Bu transferə görə "İnter"in Kataloniya təmsilçisinə 1 milyon avro ödədiyi bildirilir.