Azərbaycan birinci divizionunda 2020/2021 mövsümünün start tarixi müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, yarış 1 oktyabrda başlayacaq. Turnirdə 10 komanda iştirak edəcək. Komandalar aşağıdakılardır:

“Turan Tovuz”, “Zaqatala”, “Sabah-2”, “Neftçi-2”, “Kəpəz”, “Keşlə-2”, “Sumqayıt-2”, “Qarabağ-2”, MOİK, “Qaradağ Lökbatan”

"Qəbələ", "Zirə" və "Səbail" əvəzedicilərinin birinci divizionda iştirakından imtina edib. "Zirə" və "Səbail"dən fərqli olaraq "Qəbələ" ardıcıl ikinci mövsüm aşağıda dəstəyə qatılmayacaq. Yarışın püşkatma mərasimi sentyabrın 24-ü, saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq.