Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq "Mölde"nin zədəli futbolçuları sağalıb. FutbolPlanet.Az xəbər verir ki, komandanın baş məşqçisi Erlinq Moe 3 ay əvvəl dizindən zədələnən yarımmüdafiəçi Stian Qriqersenin yenidən oynamağa hazır olduğunu bildirib. O, bir müddət zədədən əziyyət çəkən Mathis Bollinin də görüşdə iştirak edə biləcəyini deyib.