"Aston Villa" "Arsenal"ın qapıçısı Emiliano Martinesi transfer edib. FutbolPlanet.Az xəbər verir ki, argentinalı qapıçı ilə 4 illik müqavilə imzalanıb. Birmingem təmsilçisi bu keçid üçün "Arsenal"a 20 milyon funt-sterlinq ödəyib.

28 yaşlı qapıçı 2010-cu ildə 1,5 milyon avro qarşılığında Argentinanın "İndependyente" klubundan London təmsilçisinin akademiyasına keçib.