Millimizin futbolçusu Araz Abdullayevin Türkiyənin "Boluspor" klubuna keçidi rəsmiləşib. FutbolPlanet.Az xəbər verir ki, bu barədə birinci liqa təmsilçisinin saytı məlumat yayıb. Son olaraq "Qarabağ"da forma geyinmiş 28 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.