Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib. FutbolPlanet.Az xəbər verir ki, “Sumqayıt”ın əvəzedici heyəti ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. U-17-in heyətində Ayxan Süleymanlı fərqlənib.