Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) son 5 mövsümdə dünyada ən çox vərəqə göstərilən futbol çempionatlarını araşdırıb. FutbolPlanet.Az xəbər verir ki, hesabat 87 ölkənin yüksək liqasının göstəricilərini əks etdirir. Azərbaycan Premyer Liqası bu göstəricidə 30-cu sırada yer alıb. Premyer Liqada hər oyuna orta hesabla 4,7 sarı, 0,26 qırmızı vərəqə düşür. Qırmızı vərəqə sayı baxımından Yaponiya (0,08), Norveç (0,10) və Malayziya (0,11) intizamı ilə fərqlənir. Ən çox vərəqənin göstərildiyi liqa isə Boliviya çempionatıdır. Burada hər oyunda ortalama 6,32 sarı, 0,60 qırmızı vərəqə olur.