“Ayntraxt” “Milan”dan icarəyə götürdüyü Andre Silvanı birdəfəlik transfer edib. FutbolPlanet.Az xəbər verir ki, bu barədə Frankfurt klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı portuqaliyalı hücumçu Bundesliqa təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Ayntraxt” Silvanı 2019-cu ilin sentyabrında icarəyə götürmüşdü. Futbolçu geridə qalan mövsümdə Frankfurt təmsilçisinin heyətində 37 oyunda 16 qola imza atıb.