AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik növbəti təyinatını alıb. FutbolPlanet.Az xəbər verir ki, o, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də Almatı şəhərindəki Mərkəzi stadionda keçiriləcək “Astana” (Qazaxıstan) - “Budoçnost” (Monteneqro) oyununun hakim-inspektoru olacaq.