Küveytin "Əl-Salmiyə" klubundan ayrılan Kamal Mirzəyevin yeni klubu müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, 25 yaşlı oyunçu karyerasını yenidən ölkədə davam etdirəcək. Mirzəyev yetirməsi olduğu "Qəbələ"yə keçib. Onunla 1 illik müqavilə imzalanıb. O, məhz ötən yay "Qəbələ"dən Küveyt klubuna keçmişdi.