21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də keçiriləcək Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, Nitra şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 18:30) başlayacaq.

Millimiz 2-ci qrupda 6 xalla 4-cü pillədə qərarlaşıb. Slovakiya eyni xalla 5-cidir.