"Keşlə"nin yeni tansferi Alvaro Tavareş Bakı klubuna keçidini şərh edib. FutbolPlanet.Az xəbər verir ki, brazilyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında "Keşlə" layihəsinin xoşuna gəldiyini deyib: "Keşlə" üçün faydalı və vacib bir oyunçu olacağımı ümid edirəm. Burada uzun müddət qalmaq istəyirəm. "Keşlə"yə keçdiyim üçün xoşbəxtəm. Klubun infrastrukturu xoşuma gəldi. Uğurlu olacağımı və adımı klubun tarixinə yazdıracağıma ümid edirəm".