Millimizin üzvü Maksim Medvedev yığmanın kapitanları siyahısında 5-ci yerə şərik olub. FutbolPlanet.Az xəbər verir ki, Millətlər Liqasının II turunun Kiprlə səfər matçı Medvedevin kapitan kimi çıxdığı 11-ci oyun olub. Təcrübəli müdafiəçi bu göstəricidə Qurban Qurbanovla Mahir Şükürova çatıb. Yalnız 4 oyunçu daha çox görüşdə kapitan sarğısı ilə iştirak edib. Mütləq rekordçu Rəşad Sadıqovdur – 78. Tərlan Əhmədov 41, Nazim Süleymanov 22, Aslan Kərimov 18 dəfə meydana bu rolda çıxıb.