“Bayer” heyətini yeni futbolçu ilə gücləndirib. FutbolPlanet.Az xəbər verir ki, Bundesliqa təmsilçisi 26.5 milyon avro qarşılığında “Roma”nın hücumçusu Patrik Şiki transfer edib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Şik “Roma”ya 2017-ci ildə “Sampdoriya”dan transfer edilmişdi. O, ötən mövsüm icarə əsasında Almaniyanın digər təmsilçisi “Leyptsiq”də oynayıb.