Əfran İsmayılovun klubsuz günləri başa çatıb. FutbolPlanet.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, millimizin sabiq üzvü "Səbail"lə anlaşıb. Artıq tərəflər arasında 1 illik müqavilə bağlanıb. O, yeni komandasında aylıq 2000-3000 manata oynayacaq. 31 yaşlı futbolçunun paytaxt təmsilçisinə keçidi tezliklə rəsmən açıqlanacaq.