FutbolPlanet.Az-ın əldə etdiyi eksklüziv məlumata görə, PTT I Liqada çıxış edən "Ankara Keçiörengücü" klubu Vüsal İsgəndərlini transfer etmək istəsə də, "Keşlə"nin prezidenti Zaur Axundov hər şeyi onun üzərində qurduğunu əsas gətirərək, Vüsalın legioner həyatı yaşamasına mane oldu. Türk klubunun futbolçumuza 2 illik müqavilə təklif etdiyini də qeyd edək.