Lionel Messini transfer etməyə yaxın olan klubların adlarını açıqlanıb.FutbolPlanet.Az xəbər verir ki, PSJ və “Mançester Yunayted” argentinalını almaq üçün favorit sayılır.lar Bildirilir ki, bu iki klub transferi gerçəkləşdirmək məqsədilə daha artıq səy göstərəcəklər. Bunun üçün onların müəyyən məbləğdə təzminat ödəməyə hazır olacağı da iddia edilib.

Qeyd edək ki, dünən İspaniya mətbuatı Messinin “Barselona”nı tərk etmək üçün qəti qərar verdiyi və bu haqda klubu məlumatlandırdığı haqda xəbər yayıb.