İngiltərə Premyer Liqasına yüksələn "Lids" yeni hücumçu alıb. FutbolPlanet.Az xəbər verir ki, "ağlar" "Valensiya"nın futbolçusu Rodriqonu 30 milyon avro qarşılığında transfer edib. İspaniya millisinin üzvü ilə 4 illik razılıq əldə edilib. "Yarasalar" 29 yaşlı oyunçunu 2015-ci ildə "Benfika"dan 30 milyon avroya transfer etmişdi.