Xəbər verdiyimiz kimi, millimizin və Almaniyanın "Aue” klubunun futbolçusu Dmitri Nazarov UEFA Millətlər Liqasında sentyabrda Lüksemburq və Kipr millisi ilə oyunlar üçün yığmamızın təlim-məşq toplanışında iştirakdan imtina edib. FutbolPlanet.Az xəbər verir ki, AFFA-nın bununla bağlı yaydığı məlumatda bildirilir ki, Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib. Qarşılıqlı razılıq əsasında Nazarovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub. Bildirilib ki, UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün Milli Assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq.

Xatırladaq ki, Nazarov özü açıqlamasında koronavirus pandemiyasına görə Azərbaycana gəlməyin riskli olduğu üçün belə qərar verdiyini deyib.