Almaniyanın ikinci Bundesliqasında çıxış edən "Bohum"un futbolçusu Barış Ekincier Azərbaycanın U-21 millisinə dəvət alıb. FutbolPlanet.Az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa ilə matç üçün U-21 yığmamıza çağırılıb.

Millimiz sentyabrın 7-da Sumqayıtdakı "Kapital Bank Arena"da Fransanı qəbul edəcək.