Ötən gecə keçirilən Çempionlar Liqasının final matçı ilə avrokubokların 2019/20 mövsümünə yekun vurulub. FutbolPlanet.Az xəbər verir ki, PSJ (Fransa) - "Bavariy" (Almaniya) oyunundan (0:1) sonra UEFA-nın yekun reytinq cədvəli açıqlanıb. Münhen klubunun qələbəsi ilə Almaniya (74.784) son beş mövsümün nəticəsinə əsasən 4-cü pillədən 3-cü yerə yüksəlib. İngiltərə (90.462) mövsümü 2-ci, İspaniya (102.282) isə ilk pillədə tamamlayıb. Hesabında 18,750 xalı olan Azərbaycan mövsümü 26-cı yerdə bitirib. Ölkəmiz 2018-2019 mövsümündə də 26-cı olub.