Fransa Liqasında yeni mövsümün ilk turunun "Marsel" - "Sent-Etyenn" açılış matçı təxirə salınıb. FutbolPlanet.Az xəbər verir ki, buna səbəb "Marsel"də 3 nəfərin koronavirusa yoluxmasıdır. Avqustun 21-də keçirilməsi planlaşdırılan görüş 16 və ya 17 sentyabrda baş tutacaq.