“Fənərbaxça” daha bir futbolçu ilə anlaşıb. FutbolPlanet.Az xəbər verir ki, "Lokomotiv"in hücumçusu Fyodor Smolov karyerasını İstanbul təmsilçisində davam etdirəcək. Klublar arasında razılığa əsasən, 30 yaşlı forvard 2020/21 mövsümünü icarə əsasında “sarı-lacivərdlilər”də keçirəcək. Bu, moskvalılara 1 milyon avro qazandıracaq. Rusiya millisinin sabiq üzvünün qazancı isə 1,5 milyon avro təşkil edəcək. “Fənərbaxça” həm də Smolovu 4 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.