21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, millimiz oktyabrın 8-də Nitra şəhərindəki Nitra stadionunda Slovakiya ilə qarşılaşacaq. Yığmamız oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstan yığması ilə qarşılaşacaq.