Yeni mövsümün ilk turunda "Keşlə"ni qəbul edəcək "Sumqayıt" matçın hazırlığına başlayıb. FutbolPlanet.Az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə “Kapital Bank Arena”da hazırlıq keçir.

“Sumqayıt” – “Keşlə” oyunu avqustun 21-i saat 18:30-da "Kapital Bank Arena"da baş tutacaq.