Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” oyununun hakimləri bəlli olub. FutbolPlanet.Az xəbər verir ki, qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Yaroslav Kozık olacaq. Ona yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.

Avqustun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq.