Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib. FutbolPlanet.Az xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək. Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur. Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.