UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq "Neftçi", "Keşlə" və "Sumqayıt"ın rəqibləri bəllidir. FutbolPlanet.Az xəbər verir ki, püşkə əsasən, hər üç təmsilçimiz evdə oynayacaq.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi

"Neftçi" - "Şkupi" (Şimali Makedoniya)

"Keşlə" - "Laçi" (Albaniya)

"Sumqayıt" - "Şkendiya" (Şimali Makedoniya)

Birinci təsnifat mərhələsinin oyunları avqustun 27-də keçiriləcək.