“Qarabağ”ın UCL-də növbəti mümkün rəqibi müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, bu, Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkatmasından sonra bilinib. İsveçrənin Nyon şəhərindəki tədbirdə Ağdam klubunun Şimali Makedoniyanın “Sileks” klubu ilə I təsnifat mərhələsində təşkil etdiyi cütün qalibinin rəqibi bilinib. Çempionumuz ilk raundu keçsə, “Şerif” (Moldova) - "Fola" (Lüksemburq) cütünün qalibi ilə avqustun 25-26-da evdə qarşılaşacaq.