“Əvəzedici komandamızın birinci divizionda çıxış edəcəyi yalan söhbətdir“. FutbolPlanet.Az xəbər verir ki, bu açıqlama “Qəbələ“nin baş meneceri Zaur Əzizova məxsusdur. Son günlər gəzən söz-söhbətə inansaq, “Qəbələ”nin əvəzedici heyəti birillik fasilədən sonra yenidən birinci divizionda çıxış edəcək. İddiaya görə, kluba 1,5 milyon manat yardım edən AFFA “qırmızı-qaralar”ın qarşısına bununla bağlı şərt qoyub. Ancaq Zaur bəy bunu təkzib edib: “Kim deyir ki, AFFA bizim qarşımıza bununla bağlı şərt qoyub? Belə bir şey yoxdur. Əsas komandanı çətinliklə ayaqüstə saxlayırıq. Büdcəmiz əvəzedicilərin divizionda mübarizə aparmasına imkan vermir”.