Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. FutbolPlanet.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanıb. Yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində yer alacaq Ağdam klubunun rəqibi aşağı reytinqli "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) klublarından biri olacaqdı. Ümumilikdə 34 komanda 5 qrupdan ibarət olmaqla, 2 səbətə bölünüb. Onlardan mübarizəyə 33-ü birbaşa qatılanlar, 1-i isə ilkin mərhələnin qalibi olacaq.

 

Püşk "Qarabağ"ı Şimali Makedoniyanın "Sileks" klubu ilə üz-üzə qoyub. Bir oyundan ibarət qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

1-ci qrup

Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Legiya" (Varşava, Polşa), "Ferentsvaroş" (Macarıstan)

Səpələnməmişlər: "Yurqorden" (İsveç), İlkin mərhələdə "Linfild" (Şimali İrlandiya) / "Drita" (Kosovo) cütünün qalibi, KP (Reykyavik, İslandiya)

 

2-ci qrup

Səpələnmişlər: "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Sarayevo" (Bosniya və Herseqovina)

Səpələnməmişlər: "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels), "Europa" (Cəbəllütariq)

 

3-cü qrup

Səpələnmişlər: "Lüdoqorets" (Bolqarıstan), ÇFR (Kluj, Rumıniya), "Omoniya" (Kipr)

Səpələnməmişlər: "Buduçnost" (Podqoritsa, Monteneqro), "Ararat-Armenia" (Ermənistan), "Floriana" (Malta)

 

4-cü qrup

Səpələnmişlər: "Astana" (Qazaxıstan), "Qarabağ" (AZƏRBAYCAN), "Makkabi" (Təl-Əviv, İsrail), "Dinamo" (Tbilisi, Gürcüstan)

Səpələnməmişlər: "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya), "Sileks" (Şimali Makedoniya)

 

5-ci qrup

Səpələnmişlər: "Molde" (Norveç), "Dandolk" (İrlandiya), "Slovan" (Bratislava, Slovakiya), "Suduva" (Litva)

Səpələnməmişlər: "Flora" (Tallin, Estoniya), Kİ (Klaksvik, Farer adaları), "Tselye" (Sloveniya), "KuPS" (Finlandiya)

 

Qeyd edək ki, ÇL-də pley-offadək bütün mərhələlər bir oyundan ibarət olacaq.