"Keşlə" baş məşqçisi Tərlan Əhmədovla yolları ayırıb. FutbolPlanet.Az xəbər verir ki, bu barədə klub rəsmi Feysbuk səhifəsində məlumat yayıb. 48 yaşlı mütəxəssisin başa çatan müqaviləsinin yenilənmədiyi bildirilib. Müvəqqəti olaraq baş məşqçi səlahiyyətlərini isə məşqçi Zaur İsmayılov yerinə yetirəcək.

2018-ci ildən "Keşlə"ni çalışdıran Əhmədov cari mövsüm Premyer Liqada üçüncü yeri tutaraq, komandanı UEFA Avropa Liqasına çıxarıb.