"Qəbələ"nin məşqçilər korpusunda dəyişiklik edilib. FutbolPlanet.Az xəbər verir ki, "Qəbələ"nin futbol akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 44 yaşlı mütəxəssis "qırmızı-qaralar"a məşqçi təyin olunub.

Məmmədov 2012-ci ildən "Qəbələ"nin futbol akademiyasında işləyir. Onun baş məşqçiliyi altında 16 yaşlılardan ibarət komanda cari mövsümdə çempion adını qazanıb.

Dünən "Qəbələ" məşqçisi Azər Bağırovla yolları ayırdığını açıqlayıb.