"Arsenal" futbolçusu Pyer-Emerik Obameyanqla yeni müqavilə bağlamağa yaxındır. FutbolPlanet.Az xəbər verir ki, yeni müqavilə imzalanacağı təqdirdə 31 yaşlı hücumçu 2023-cü ilədək "topçular"ın formasını geyinəcək. Onun həftəlik qazancının isə 250 min funt-sterliqdən çox olacağı bildirilir. Qabonlu oyunçunun London təmsilçisi ilə hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.